Kişinyovda sülh sazişi imzalanacaq? - RƏSMİ AÇIQLAMA

19:13 - 26 May 2023

Kişinyovda sülh sazişi imzalanacaq? - RƏSMİ AÇIQLAMA

Kişinyovda keçiriləcək görüşün gündəliyində İrəvan və Bakı arasında sülh sazişinin imzalanması yoxdur.

 

Manset.az xəbər verir ki, bunu “Sputnik Armenia”ya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

O, sülh sazişi ilə bağlı müzakirələrin davam etdiyini vurğulayıb.

Badalyan qeyd edib ki, Ermənistan tərəfi bütün fundamental məsələlər aydınlaşdıqdan sonra sənədi imzalamağa hazır olacaq.

Xatırladaq ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan və Ermənistanım iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya biləcəyini deyib.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin