Paşinyan "Ərdoğanı sevirsinizmi?" sualına belə CAVAB VERDİ - FOTO

14:30 - 5 İyun 2023

Paşinyan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi və Ermənistan baş naziri Nikol Paşinyanın tədbirə qatılması ən çox müzakirə olunan məsələlər sırasındadır. Qardaş ölkənin mediasında yer alan xəbərlərə görə, Ərdoğanın andiçmə mərasimində iştirak edən nümayəndələr Türkiyənin siyasi mövqeyi və gələcək inkişafı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirmiş olur.

 

Qeyd olunur ki, Qərb ölkələri aşağı profilli təmsilçiliyə üstünlük verdikləri halda, Asiya, Afrika və Latın Amerikası ölkələri ən yüksək səviyyədə nümayəndələr göndərdilər. Xüsusilə türk dövlətlərindən, Afrika ölkələrindən çoxlu dövlət başçıları tədbirə qatılıdılar. Bu, Türkiyənin "dünya beşdən böyükdür" deməsinin real siyasətdə öz əksini tapdığını göstərir. Qarşıdakı illərdə Türkiyənin fövqəldövətlərə qarşı mübarizə aparan xalqlar arasında daha sıx əlaqələrin inkişaf edəcəyini proqnozlaşdırmaq olar.

Mərasimdə Ermənistanın baş naziri Nikol Paşinyanın olması gözlənildiyi kimi ən çox müzakirə olunan mövzudur. Türk mediası Türkiyənin Paşinyanı dəvət etməsinin son dərəcə əhəmiyyət daşıdığı vurğulanır. "Bununla da bütün dünyaya "Türklər savaşmağı bildiyi qədər barışı da bilən bir millətdir" mesajı verildi" deyə türk mediası yazır. Paşinyanın Ankaraya gəlişi onun ölkəsi üçün sülh və ləyaqətli yaşama axtarışında olduğunu göstərir.

Ermənistandakı kəskin qruplaşmalara baxmayaraq, onun bu cəhddə uğur qazanıb-qazanmayacağını bilmirik. Amma bacararsa, tarixi nifrətin əsiri olan Ermənistanın da taleyini dəyişə bilər. Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın eyni zalda olması istər-istəməz sülh prosesi və Qarabağla bağlı suallar yaradır. "Paşinyanla uzun-uzadı söhbət etmək imkanımız oldu. Lakin o, bu mövzuda suallarıma cavab verməkdən imtina etdi" deyə "Aydınlık" qəzeti yazır. "Söhbətimizdən belə başa düşdüm ki, Paşinyanın qarşıdakı dövr üçün müsbət gözləntiləri var. Biz söhbət edərkən içəri daxil olan serb gəncin "Ərdoğanı sevirsinizmi?" sualına Paşinyan "Biz bütün seçilmiş liderləri sevirik" kimi siyasi cavab verməsi də maraqlıdır. Bu cavabda hesab edirəm ki, o, Ermənistanı yaşadığı bəlalardan qurtarmaq istəyir" deyə qəzet yazır.

Maraqlıdır ki, seçkilər dövründə Ermənistanın ən böyük gözlənitisi CHP sədri Kamal Kılıçdaroğlunun seçilməsinə idi. Xüsusilə də, onun Türkiyənin xarici siyasəti ilə bağlı söylədiyi fikirlər, Qafqazda yaşananlara bitərəf qalması, Zəngəzur dəhlizindən imtina fikirləri ermənilərdə ümid yaratmışdı. Türk xalqının seçimi isə ermənilərin bu arzusunu da puç etdi. Və baş nazir də yenə də erməni bicliyi ilə hərəkət edib. Türkofobiya hisslərini bir kənara qoyub proseslərə ayıq başla qiymət vermək qərarına gəlib.

Milli.az


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin