Yanğın olan ərazidə havadan nümunələr götürülüb - FOTO

18:29 - 13 İyun 2023

Yanğın olan ərazidə havadan nümunələr götürülüb - FOTO

Bu gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğın nəticəsində atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən hazırda sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürülür.

 

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Manset.az-a bildirib ki, götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

 



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin