İlham Əliyev Sercio Mattarellaya başsağlığı verdi

20:16 - 13 İyun 2023

İlham Əliyev Sercio Mattarellaya başsağlığı verdi

Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib.

 

Manset.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Silvio Berluskoninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Silvio Berluskoninin Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində böyük töhfəsi var idi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm".


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin