"WhatsApp" yeni funksiya hazırlayır

09:43 - 4 Avqust 2023

"WhatsApp" mesencerinin tərtibatçıları hesabın təhlükəsizliyini təkmilləşdirmək üçün yeni funksiya üzərində işləyirlər.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə bu barədə WABetaInfo portalı məlumat yayıb.

Məlumata görə, e-poçt ünvanından istifadə edərək istifadəçini yoxlamaqla mümkün olacaq.

"WhatsApp" hesabı yoxlamaq üçün istifadəçidən e-poçt ünvanı istəyəcək. 

Portal bildirib ki, e-poçt ünvanı əlavə etmək "WhatsApp" hesabınızı başqa cihaza köçürmək üçün icazəsiz cəhdlərin qarşısını almağa kömək edəcək.

İstifadəçilər iki faktorlu autentifikasiya qurarkən e-poçt ünvanı əlavə etməkdən imtina edə biləcəklər.

Bu funksiya inkişaf mərhələsindədir və hazırda yalnız Android 2.23.16.15 beta versiyası üçün "WhatsApp"ın bəzi istifadəçiləri üçün əlçatandır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin