İŞİD Suriya ordusuna hücum etdi: 23 ölü, 10 yaralı

17:55 - 11 Avqust 2023

İŞİD Suriya ordusuna hücum etdi: 23 ölü, 10 yaralı

İŞİD terror təşkilatının Suriyanın şimal-şərqində Deyrəz-Zor bölgəsində həyata keçirdiyi silahlı hücum nəticəsində 23 suriyalı əsgər həlak olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İngiltərə mərkəzli Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumat verib. Bildirilib ki, İŞİD Suriya əsgərlərini daşıyan avtobusa pusqu quraraq, azı 20 nəfəri öldürüb və digərlərini yaralayıb.

Avtobusun atəşə tutulması nəticəsində 23 Suriya əsgərinin həlak olduğu və 10-nun yaralandığı qeyd olunub.    

Hadisə İŞİD-in "bu ilin ən ölümcül hücumu" kimi qiymətləndirilib. İŞİD son həftələr Suriyanın şimal və şimal-şərqində hücumlarını artırdığı vurğulanıb.

Qeyd edək ki, İŞİD daha əvvəl Suriyanın şimal-şərqindən İraqın şimalına qədər 88 min kvadrat kilometr əraziyə nəzarəti ələ keçirmişdi. Birləşmiş Millətlər Təşkilatı İŞİD-in bölgədə "daimi təhdid olmağa davam etdiyi" xəbərdarlığı edib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az