ABŞ-da Hilari qasırğası xəbərdarlığı

17:07 - 18 Avqust 2023

ABŞ-da Hilari qasırğası xəbərdarlığı

Meksikanın Sakit okean sahillərində təsirli olması və ABŞ-ın Kaliforniya əyalətinin cənubunda tropik fırtınaya çevrilməsi gözlənilən Hilari qasırğası haqqında xəbərdarlıq edilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat verib.

Meksikanın Sakit okean sahillərində təsirli olacağı gözlənilən qasırğanın 4-cü kateqoriyaya yüksəldiyi bildirilib.

Qeyd edilib ki, qasırğanın şənbə günü axşam saatlarında Meksikanın Aşağı Kaliforniya yarımadasına çatacağı proqnozlaşdırılır.

4-cü kateqoriyaya yüksəldilsə də, Hilarinin Kaliforniya əyalətinin cənubuna çatması ilə bazar günü intensivliyini itirərək tropik fırtınaya çevrilə bilər.

Hilarinin Kaliforniyanın cənubunda güclü külək və leysan yağışlara səbəb olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 1939-cu il sentyabrın 25-dən Cənubi Kaliforniyada tropik qasırğa yaşanmayıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az