Çin kosmosa yüksək ayırdetməli optik yer müşahidə peyki "Gaofin-12 04" buraxıb.
Manset.az xarici mediaya istinadən məlumat verii ki, bu barədə Sinxua agentliyi məlumat vetib.
Açıqlamaya görə peyk “Long March 4B” daşıyıcı raketi ilə ölkənin şimal-qərbindəki Ciucuen Peyk Mərkəzindən buraxılıb.
Bildirilib ki, peyk planlaşdırılmış orbital mövqeyə yerləşib.
Buraxılış Long March raketləri ilə 483-cü uğurlu nəqliyyat missiyası idi.
Peykin kadastr, şəhərsalma, yol şəbəkəsinin layihələndirilməsi, məhsulun proqnozlaşdırılması, ətraf mühitin idarə edilməsi, fəlakətlərin monitorinqi və qarşısının alınmasında istifadə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Çin kosmosdan daha aydın yer müşahidələri aparmaq üçün ilk dəfə olaraq 2010-cu ildə Gaofin peykləri istehsal etməyə başlayıb. İlk peyki olan Gaofin-1 2013-cü ildə kosmosa göndərilib. Adı Çin dilində "yüksək ayırdetmə" mənasını verən Gaofun peyklərindən 33-ü hələ də aktivdir.
Aygün
Manşet.az