SON DƏQİQƏ! Ermənistan bugünkü döyüşdə itkilərinin yeni sayını AÇIQLADI

16:26 - 1 Sentyabr 2023

SON DƏQİQƏ! Ermənistan bugünkü döyüşdə itkilərinin yeni sayını AÇIQLADI

Ermənistanın təxribatına cavab olaraq 4 erməni əsgər məhv edilib, biri yaralanıb.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, itkilərlə bağlı məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. 

Onu da qeyd edək ki,  Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

"Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür", MN-dən bildirilib. 


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin