Şamaxıda iki qadın bıçaqlandı

22:57 - 12 Sentyabr 2023

Şamaxıda iki qadın bıçaqlandı

Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri - 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub.

 

Bu barədə Manset.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin