Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

14:26 - 1 Sentyabr 2023

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri bütün sahələri əhatə edən inkişaf proqramlarının uğurlu tətbiqidir. Bu baxımdan elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi çox vacibdir. Sadalanan proqramlar insanların bilik səviyyəsinin genişlənməsində, informasiya ilə təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

Mövzu ilə bağlı Manset.az-a açıqlamasında deputat Müşfiq Məmmədli bildirib ki, elmi-kütləvi, mədəni-maarif tədbirlərinin daha da canlandırılması, müəyyən proqramların hazırlanması gələcəkdə konkret peşə yönümünün seçilməsində mühüm əhəmiyyət kəsb edə bilər.

Deputatın sözlərinə görə beynəlxalq təcrübədə biz elm və təhsillə istehsalatın sıx birgə fəliyyətindən olan təcrübəni düzgün qiymətləndirməliyik. Etraf etməliyik ki, bizim elmi məlumatlarımız istehsaldan çox qopuq olur, bəzən istehsaldan geri qalır. Peşə yönümünün ilk vaxtlardan müəyyənləşdiriməsi və proqnazlaşdırılması üçün uşaqların qruplaşdırılaraq müvafiq istehsal müəssisələri, xidmət, səhiyyə, təhsil sektoruna ayda bir dəfə, yaxud daha intensiv şəkildə gəzintilərin təşkili təcrübə baxımından böyük irəliləyiş ola bilər:

“Mədəniyyət və Təhsil Naziriyi arasında qarşılıqlı anlaşma və yaxud müqavilələr şəklində belə bir istiqamətin seçilməsi orta məktəblərdə, ali təhsil müəssisələrində təhsil alanların yönləndirilməsində mühüm rol oynaya bilər. Gənclərimizin müvafiq mədəniyyət, tarixi abidələri dövri olaraq ziyarət etməsi, bu istiqamətdə fikirlərin olması, işğaldan azad olan bölgələrə və digər qədim tarixi əhəmiyyət kəsb edən abidələrimizə ekskursiyaların təşkil olunması gələcəkdə bu istiqamətdə mütəxəssisləin yetişdirilməsində vacib amildir. Orta məktəb şagirdlərimizin maraqları olan və gələcəkdə peşəyönümünü seçməsi baxımından önəmli olan istiqamətlər üzrə yay düşərgələrinin təşkil olunması, orada həm asudə vaxtlarının keçirilməsi həm də müvafiq ixtisaslar üzrə maraq doğuran təcrübələr gənclərin gələcək seçimlərində mühim əhəmiyət kəsb edir. Müxtəlif kampların, məsələn, robototexnika ilə məşğul olan, tekstil sahəsində müxtəlif ixtisas sahələrinin yetişməsi üçün sərgilərin təşkili olunması gənclərin həmin istiqamətdə peşə maraqlarının artmasını və onun təhsili ilə məşğul olaraq gələcəkdə mütəxəssis kimi yetişməsində bir təkanverici rol oynaya bilər. Yay vaxtı orta məktəb şagirdlərinin boş vaxtları həddən artıq çox olur. Bunu səmərəli istifadə etmək üçün sırf təhsilin üstünlük təşkil etdiyi düşərgələrin və yaxud istirahət mərkəzlərinin qurulması vacibdir. Burda həm özəl sektor, həm də Təhsil Nazirliyi rol oynaya bilər”.

Müşfiq Məmmədli qeyd edib ki, digər dövlətlərlə analiz etdikdə artıq dövlətimizin sosial dövlət modelinə uyğun şəkildə fəaliyyətinin şahidi oluruq:

“Universiteti bitirmiş gənc isə sərbəst həyata atıldıqda əslində böyük vaxt sərf edərək qazandığı biliklərin heç də böyük bir hissəsinin ona gərəkli olmadığını görür. Bu baxımdan biz inkişaf etmiş ölkələrdə təhsillə istehsalatın paralel şəkildə fəaliyyət göstərdiyinin şahidi oluruq. Məsələn, magistratura piləsində təhsil alan gənclətin eyni zamanda çalışması həmin universitetlərdə demək olar ki, bir şərt şəklində qoyulmuşdur. Elmi araşdırmalarla məşğul olan şəxlərin yanında köməkçi kimi, müxtəlif istehsal yönümlü müəssisələrdə müəyyən vaxt hesabı çalışmaq həm iş əxlaqının formalaşması, həm gələcəkdə artıq yetişmiş və özünün işlə təmin etmiş vətəndaş kimi, həm də iqtisadi baxımdan həmin gənclərin müstəqilliyinə gətirib çıxarır. İstehsalat universitetləri deyilən bir anlayış vardır ki, 1 ci kursdan etibarən gənclər artıq istehsalla məşğul olan müəssisələrdə yetişirlər, həm də akademik təhsil alırlar. Sənaye universitetləri artıq 4cü nəsil universtetlərdir ki, biz bu istiqamətdə düşünməliyik”.

Müşfiq Məmmədli bildirib ki, bizim artıq özümüzün də təhsil proqramlarını maliyyələşdirən qeyri hökumət təşkilatlarının formalaşması və bu qeyri hökumət təşkilatlarının müxtəlif qrantlar və maliyyələr hesabına, dövlətin nəzarətində olan və dövlətin təhlükəsizlik baxımından süzgəcdən keçirilmiş fondlarının olması vacibdir: 

“Ölkəmizdə tətbiq olunan ikili diplom proqramları çox mühim bir addımdır. Nüfuzlu ali təhsil müəssisələrində gənclərin təhsilini maliyyələşdirmək üçün dövlət proqramı mühüm əhəmiyyət kəsb edir. Dövlət proqramları konkret məqsədli proqramlardır. Təhsil kreditləri xaricdə təhsil üçün maliyyələşmənin təmin olunması gənclərin daha rahat təhsil almasını təmin edə bilir. Yəni dövlət proqramını bitirdikdən sonra Azərbaycanda 5 il müddətində fəaliyyəti şərti olaraq qoyulur. Ancaq biz kreditləşmə ilə həmin gənclərin bütün dünya əmək bazarında fəaliyyətini təmin edə bilərik. Həmin kreditləri də gənclər gələcəkdə öz fəaliyyətləri hesabına geri qaytara bilərlər. Bu həm də dövlətin üstündəki sosial məsuliyyət yükünün tədricən vətəndaşla bölünməsi və vətəndaşa seçimdə bir qədər sərbəstlik verilməsi baxımından çox önəmli olardı. Yetişmiş şəxslərin gələcəkdə bəzən anti milli müəyyən proseslərdə istifadə olunması riski vardır. Bu baxımdan bizim özümüzün də həmin təhsil proqramlarını maliyyələşdirən qeyri hökumət təşkilatlarının formalaşması mühüm əhəmiyyət kəsb edir. Bu fondlar vasitəsilə Avropa ölkələrindəki qrandlara rəqabət mühiti də yarada bilərik. Həmin qeyri hökumət təşkilatları vasitələ müxtəlif avropa təhsil proqramı və təqaüdlərinə çıxılmasında bir növ araçı rolnu oynaması çox önəmlidi”.

Təhsil eksperti Elvin Bədirli isə bildirib ki, bizim mədəni-maarif, elmi-kütləvi tədbirlərlə bağlı proqramlarımız yetərli deyil və proqramların həyata keçirilməsində müəyyən problemlər var:

“Tarixən Azərbaycan elmin ən mühüm mərkəzlərindən biri olub. Biz bunu müxtəlif dövrlərdə azərbaycanlı alimlərin etdiyi kəşflərdən, ixtiralardan, Azərbaycanın dünya miqyasında bir mədəniyyət və elm mərkəzlərindən biri olduğunu əyani görürük. Son dövrdə isə biz mövcud ənənələrin davam edə bilmədiyinin şahidi olduq. Bu onu sübut edir ki, bizim mədəni-maarif, elmi-kütləvi tədbirlərlə bağlı proqramlarımız yetərli deyil. Baxmayaraq ki, bununla bağlı müxtəlif dövrlərdə 5 illik, 10 illik islahat proqramları aparılıb və ciddi maliyyə ayırımları həyata keçirilib. Lakin mexanizmin həyata keçirilməsində müəyyən problemlərin olduğu aşkardır. Xüsusilə tələbələrin xarici universitetlərə göndərilməsi gələcəkdə onların ölkəyə qayıdaraq təcrübələrindən ölkə miqyasında və qlobal miqyasda istifadə etməsi planlaşdırılsa da biz ya mühüm bir tələbə kütləsinin ölkəyə qayıtmaqdan imtina etməsini, ya da bir qisminin ölkəyə qayıtdıqdan sonra strateji istiqamətlərdə yox, tamam ayrı sahələrdə fəaliyyət göstərməsinin şahidi oluruq”.

Elvin Bədirli qeyd edib ki, hazırki dövrdə elm daha qalobal xarakter daşıyır:

“Təəssüf ki, Azərbaycan universitetləri dünyanın top universitetləri sırasına daxil ola bilməyib. 2022-ci ildə 30 minə qədər dünya universitetlərini əhatə edən araşdırmada Azərbaycan da 48 universitet ilə reyting cədvəlində iştirak edib. Onların içərisində ən yüksək nəticə Bakı Dövlət Universitetinə aiddir. Lakin o da ilk 5 minlik siyahıda 3319-cu yerdə qərarlaşıb. Digər universitetlərimiz isə on mininci, otuz mininci sırada yer alıb. Bunun səbəbi dövlət proqramlarının universtitetlərdə tamamilə keyfiyyətli tətbiq edilməməsi, azərbaycanlı elm xadimlərinin aidiyyatı istiqaməti üzrə çalışa bilməməsi, professorların, akademiklərin ölkə xaricindəki jurnallarda məqalələrinin və araşdırmalarının nəşr edilməməsi, ölkə universitetlərimizdə xarici ölkə tələbələrinin az sayda təmsil olunması həmin statistikanın ortaya çıxmasına gətirib çıxarır. Bu istiqamətdə ciddi islahat proqramları var. Xüsusilə bu il cənab Prezident tərəfindən təsdiqlənən və ali təhsilin, həm magistratura və dokturantura istiqamətində tələbələrin xaricə göndərilməsi və onların xüsusi istiqamətlər üzrə ölkəyə qayıdıb həmin sahələrdə fəaliyyət göstərməsi ilə bağlı strateji yol xəritəsi müəyyənləşib. Ümid edirəm ki, bu istiqamət bu dəfə uğurla alınacaq. Yaxın 5-10 il ərzində ölkə üçün bunun ilk işartılarını görəcəyik. Elmin kütləviləşməsi təsadüfi insanların da bu sahədə ciddi pay almasına gətirib çıxarır. Elmin kütləviləşməsi ilə bərabər daha spesifik adamların ortaya çıxarılacaq bir layihələr, xüsusilə televiziyalarda elmi araşdırmaların, maarifləndirici televizya proqramlarının həyata keçirilməsi və universitetlərlə laboratoriya şəraitində proqramlar arasında qarşılıqlı fəaliyyyətinn təmin edilməsi yaxşı olardı”.

Təhsil eksperti Adil Vəliyev Manset.az-a açıqlamasında bildirib ki, gəncləri nəzərə alaraq hər hansı bir addım atırıqsa onların marağına səbəb olacaq proqramlar hazırlamalıyıq.

image-44742101_2238339173053745_2253804545505230848_n_813-1

“Gənclərin marağında olan mövzular əsasən karyera baxımından yaxşı təhsil ala biləcəkləri, gələcəkdə hansı işlə məşğul olsa maddi qazancının daha yaxşı olması və işindən zövq almasıdır. Çünki onlar xaricə gedəndə belə xarici unversitetlər, ya da xarici şirkətlər belə onlardan əlavə hansı bilik və bacarıqlarının olduğunu soruşurlar. Çünki inkişaf etmiş ölkələrdə bu kimi nüanslara xüsusi diqqət edirlər ki, bu gənclər ölkəyə nə qazandıracaq. Bu istiqamətdə proqramlar təşkil olunsa, layihələr həyata keçirilsə həm baxımlı olar, həmdəki gənclər daha şox faydalanar. Düşünürəm ki, bu qazancımız deməkdir. Burda maddi baxımdan qazancdan söhbət getmir. Biz gəncləri qazanarıq. O gəncləri qazanmağımız Azərbaycanın həm sosial, həm iqtisadi həyatında irəliləyiş deməkdir”.

6.3.16. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin