Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutuldu

13:34 - 24 Sentyabr 2023

Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Sentyabrın 24-ü saat 07 radələrində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Nəsimi rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, araşdırma zamanı 1999-cu il təvəllüdlü Səhrab Məlikovun rayonun M.Qaşqay küçəsində yerləşən evdə tanışı Tərlan Mədətovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Səhrab Məlikov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin