Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

11:08 - 27 Oktyabr 2023

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

“Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı illər ərzində ciddi inkişaf yolu keçib. Hazırda Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına geniş şərait yaradıb. Kütləvi İnformasiya Vasitələri cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Müasir dünyada plüralizmin inkişaf etdirilməsi insan hüquq və azadlığının ən öndə gələn mərhələsidir. Bu baxımdan Azərbaycanda peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz hüquqlarını tələb edə, hansısa məsələ haqqında müstəqil fikirlərini bildirmək hüququ var.   

 

Mövzu ilə bağlı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın Sosial Media ilə Əlaqələr Komissiyasının sədri, jurnalist Hacıbəy Heydərli Manset.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur.

Hacıbəy Heydərli bildirib ki, ölkədə senzuranın aradan qaldırılması, jurnalistlərə azadlıq verilməsi baxımından Azərbaycanda söz və mətbuat azadlığı bütün demokratik prinsiplərə cavab verir:

“Azərbaycanın media, söz azadlığı dövlətin birbaşa iradəsidir. Bu gün Azərbaycanda azad mətbuat inkişaf edir və onun qarşısını heç bir qüvvə ala bilməz. Çünki mətbuatın azad fəaliyyəti birbaşa Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır. Prezident dəfələrlə çıxışları zamanı jurnalistləri özünə dost adlandırıb, ondan gizlədilən həqiqətləri mətbuat və sosial şəbəkələrdən öyrəndiyini deyib. Bu azad sözə, demokratik prinsiplərə, media azadlığına verilən ən böyük dəyərdir. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi, Media haqqında qanunun qəbulu, Media Reyestrinin yaradılması Azərbaycanda medianın şəffaflaşması istiqamətinə atılan addımlardandır”. 

Hacıbəy Heydərlinin sözlərinə görə, son zamanlar peşəkar mətbuatımız demək olar ki, yad ünsürlərdən, şər, böhtan tipli yazılardan azad olur və bu, çox sevindirici haldır:

“Çünki biz görürdük ki, bəzi məqamlarda kənar ünsürlər mediaya sızırdılar, onların fəaliyyəti isə birbaşa medianın adına yazılırdı. Ancaq media reyestri bu kimi neqativ halların da qarşısının alınmasında yardımçı oldu. Bu gün peşəkar jurnalistlərin üzərinə çox böyük yük düşür. Biz informasiya məkanımızı qorumağa çalışmalıyıq. İnternet dövründə bunu etmək o qədər də asan deyil. Hansısa yalan, böhtan, təxribat xarakterli məlumat, dezinformasiya, fake-news dərhal özünə yer tapır. Ancaq peşəkar jurnalistlər vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün tutmalıdır. Düşünürəm ki, MEDİA haqqında qanunun qəbulu ilə bu proses daha da sürətlənib. Artıq peşəkarla qeyri-peşəkar arasında bir sədd çəkilib, "jurnalist kimdir?" sualına aydınlıq gəlib. Bunlar çox sevindirici haldır. Bu xüsusda Medianın İnkişafı Agentliyinin də fəaliyyətini qeyd etmək mütləqdir. Onların təşkil etdiyi təlimlər, media rəhbərləri ilə görüşlər, seminarlar ölkəmizdə media sahəsinin şəffaflaşmasına, saflaşmasına çox böyük töhfə vermiş oldu”.


6.3.2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Əfsanə Rəcəb

 

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

7 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin