Rusiyaya meyvə-tərəvəz ixracı ilə bağlı vəziyyət nə yerdədir? - VİDEO

21:28 - 27 Noyabr 2023

Rusiyaya meyvə-tərəvəz ixracı ilə bağlı vəziyyət nə yerdədir? - VİDEO

Hazırda Rusiyaya meyvə-tərəvəz ixracının əsl mövsümüdür. Bəs bağlardan xarici bazara göndərilən məhsullar gömrükdən necə keçir? Xüsusilə də tez xarab olan xurmanın daşınması ilə bağlı vəziyyət yerdədir?

 

Manset.az xəbər verir ki, “ATV Xəbər” mövzunu araşdırıb.

Zaqataladan olan fermer bildirib ki, məhsuldarlıq çox aşağı səviyyədədir. Bu il havaların soyuq keçməsi və dolu yağması xurmanı çox zədələyib.

Zaqatalada bu il əksər xurma bağlarında vəziyyət elə fermer Həbibulla Babayevin sahəsində olduğu kimidir. Əlverişsiz hava şəraiti səbəbindən məhsulun keyfiyyəti də arzuolunan kimi deyil. Buna görə də bu il fermerlər məhsulu daha çox daxili bazarda emalçılara satmağa məcburdurlar.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin