Daha 2 səfirimiz geri çağırıldı - SƏRƏNCAM (FOTO)

12:08 - 09 Dekabr 2023

Daha 2 səfirimiz geri çağırıldı - SƏRƏNCAM (FOTO)

Prezident İlham Əliyev Ülvi Baxşəliyevlə bağlı Sərəncam imzalayıb.

Manset.az xəbər verir ki, Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Ü. Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezident İlham Əliyevin daha bir Sərəncamı ilə Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv