Ağakərimdən danışan Ağamirzədən meyxanaçılara SƏRT İSMARIŞ: "95 %-i yalandır" - VİDEO

11:46 - 26 Dekabr 2023

Ağakərimdən danışan Ağamirzədən meyxanaçılara SƏRT İSMARIŞ:

"Dostlar demə, ürəyim ağrıyır. Çıxıb orada-burada danışırlar ki, belə getdik, elə gəldik, belə xəbər tutduq... Bunun 95 faizi yalandır. 4-5 uşaq var, xəbər tuturlar, yanına gəlirlər".

 

Manset.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə xəstə həmkarı Ağakərim barədə danışarkən deyib.

"Xəzər axşamı" proqramına qonaq olan meyxanaçı bəzi həmkarlarının özünü Ağakərimi ziyarət edirmiş kimi göstərmələrindən danışıb.

O həmin insanların yalan danışmasından şikayətlənib.

Xatırladaq ki, 2017-ci ilin martında meyxanaçı Ağakərimin beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb və uzun müddətdir ki yataq xəstəsidir.

Ətraflı videoda:


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin