Fransada dekabr ayının ən yaxşı futbolçusu bilindi

19:22 - 17 Yanvar 2024

Fransada dekabr ayının ən yaxşı futbolçusu bilindi

Liqa 1-də dekabrın ən yaxşı futbolçusu müəyyənləşib.

 

Manset.az  turnirin rəsmi saytına istinadən xəbər verir ki, Marsel “Olimpik”inin hücumçusu Pyer-Emerik Obameyanq 2023-cü ilin son ayının ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə PSJ-dən Kilian Mbappe və “Lion”dan Aleksandr Lakazetti qabaqlayıb.

Qabonlu futbolçu dekabrda meydana çıxdığı 5 matçda 4 qol vurub, 4 məhsuldar ötürmə verib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin