Ramos Messini keçdi

12:13 - 29 Yanvar 2024

Ramos Messini keçdi

“Sevilya”nın futbolçusu Serxio Ramos İspaniya La Liqasında 521-ci oyunu keçirib.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, XXII turun “Osasuna” ilə qarşılaşmasından (1:1) sonra müdafiəçi bu göstəricidə 8-ci yerə yüksəlib.

37 yaşlı ispaniyalı İspaniya çempionatlarındakı oyun sayında Lionel Messini keçib. Sevilyanın yetirməsi La Liqada 2004-cü ilin yanvarında debüt edib.

Qeyd edək ki, 2005-ci ilin avqustunda “Real”a keçən Ramos 2021-ci ilin iyuluna qədər Madrid klubunda oynayıb. Sonra PSJ-yə yollanan müdafiəçi 2023-cü ilin yayında “Sevilya”ya qayıdıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az