Avropa İttifaqı məşhur müğənnini qara siyahıya saldı

16:45 - 24 İyun 2024

Avropa İttifaqı məşhur müğənnini qara siyahıya saldı

Avropa İttifaqı (Aİ) məşhur rusiyalı müğənni Polina Qaqarinanı "qara siyahı"ya salıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə bildirilib.

Sənədə əsasən, həmçinin "Şaman" təxəllüsü ilə tanınan müğənni Yaroslav Dronov və aktyor İvan Oxlobistin də "qara siyahı"ya daxil edilib.

Sənəddə qeyd olunub ki, bu mədəniyyət xadimləri Rusiya silahlı qüvvələrinə dəstək tədbirlərində iştirak ediblər.

 

Fidan Əliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv