"Crazy Town" qrupunun solisti Set Binzer vəfat edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ifaçı 49 yaşında dünyasını dəyişib. Set Los-Ancelesdəki evində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmır.
Qeyd edək ki, qrup “Kəpənək” mahnısı ilə tanınır. Mahnı 2000-ci ilin noyabrında çıxıb. "Billboard Hot" 100 cədvəlində birinci nömrəyə çatıb.
Set Binzer həmçinin "Clifford" və "Shark Hunters" da daxil olmaqla bir sıra film və seriallarda rol alıb.
Fidan Əliyeva
Manşet.az