İyunun 28-də keçiriləcək prezident seçkisi ilə əlaqədar İranda aparılan təbliğat-təşviqat kampaniyası başa çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu gün qonşu ölkədə sükut günüdür. Sabah isə iranlılar ölkənin doqquzuncu prezidentini seçəcəklər.
Yerli və beynəlxalq mətbuat əsas mübarizənin islahatçı namizəd hesab edilən Məsud Pezeşkianla mühafizəkar Səid Cəlili arasında gedəcəyi bildirilir.
Fidan Əliyeva
Manşet.az