"Bütün qoca deputatlara cansağlığı arzulayıram" - Abid Şərifov

16:41 - 09 İyul 2024

\"Bütün qoca deputatlara cansağlığı arzulayıram\" - Abid Şərifov

“Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştirak edəcək hamıya uğurlar arzu edirəm. Mən indikiləri tanımıram, köhnələrdən bəzilərini tanıyıram”.

 

Bu sözləri Manset.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.

O, açıqlamasında anadan olduğu Şəki rayonundan olan deputatları tanımadığını bildirib:

“İstərdim ki, parlamentdə təmsil olunacaq deputatlar professional, insanlara ürəyi yanan, iş bilən olsun. Şəkidə 2-3 gün qaldım, gəldim. Vallah orda deputatları tanıyan yoxdur. Təkcə Cavanşiri tanıyıram, ona heç bir söhbət yoxdur. Amma o biriləri tanımıram. Təzə bir-iki nəfər var, onların da adı  heç bir dəftərdə  yoxdur"

Müxbirin "Bəs parlamentin yaşlı deputatları ilə bağlı nə deyə bilərsiniz?" sualına Abid Şərifovun cavabı belə olub:

"Qocalara gəldikdə isə mən o barədə çox şey danışmayacam. Bütün qoca deputatlara cansağlığı  arzulayıram. Onlara uğurlar diləyirəm"

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv