Vətəndaş "West Hospital"ı tənqid etdi - "Xəstə öldü"

10:18 - 14 May 2025

Vətəndaş \"West Hospital\"ı tənqid etdi - \"Xəstə öldü\"

Vətəndaş "West Hospital"ın fəaliyyətini tənqid edib.

Manset.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda yerləşən "West Hospital"ın təcili yardım maşını işə düşməyib. Şahid Fuad İsayev xəstəxananın təcili yardım maşınının işləmədiyini müşahidə edib və həmin anları videoya çəkərək ictimailəşdirib.

Görüntülərdə maşının işə salınması mümkün olmadığından bir neçə nəfərin onu itələməyə çalışdığı əks olunur. Bu isə vətəndaşlar arasında narahatlıq yaradıb. Təcili tibbi yardıma ehtiyacı olan şəxsin nə qədər müddət gözlədiyi isə hələlik məlum deyil.

Sözügedən görüntüləri təqdim edirik:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv