"Bu növbəti erməni riyakarlığıdır" - Deputat

14:56 - 26 May 2025

\"Bu növbəti erməni riyakarlığıdır\" - Deputat

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, şəxsən ölkənin əsas qanununa dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcək. Paşinyan bunu həqiqətən edə bilərmi? 


Mövzu ilə bağlı Manset.az-a danışan deputat Arzuxan Əlizadə bildirib ki, Ermənistan prezidenti bu açıqlaması ilə növbəti dəfə riyakarlıq edir:

"O, fərqində olmalıdır ki, Azərbaycan tərəfinin tələbi haqlıdır və beynəlxalq hüquqa əsaslanır. Bu tələb ondan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları qanunvericilik səviyyəsində aradan qaldırılmalıdır. Bunun üçün Ermənistanda referendum keçirilməli və referendum yolu ilə Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir.

Bütün bunları bilə-bilə, o, riyakarlıq edir və guya bunları anlamırmış kimi davranır. Hazırda bağlana biləcək sülh müqaviləsi və sonradan onun Ermənistan Konstitusiya Məhkəməsində şərh olunması məsələsinə münasibət bildirir. Halbuki bu, mümkün deyil. Ermənistan Konstitusiya Məhkəməsi bir müddət əvvəl öz şərhində guya Azərbaycana, digər dövlətlərə və Türkiyəyə qarşı ərazi iddialarının olduğunu bildirmişdi. Digər dövlətlərə qarşı iddiaların olmadığını isə yalançı şəkildə şərh etmişdi. Bu, açıq riyakarlıqdır".

Deputat qeyd edib ki, bir neçə il əvvəl həmin məhkəmə, Koçaryanın Ermənistan prezidentliyinə namizədliyini təsdiqləmək üçün tamamilə əks şərh verib:

"Məhkəmə ermənistan ərazisi kimi qəbul edilməyən Qarabağda yaşayan Koçaryanın prezidentliyə namizədliyini təsdiqləmək üçün, guya, həmin ərazini Ermənistan ərazisi hesab etmişdi. Ermənistan konstitusiyasına istinadən verilən bu şərh nəticəsində Koçaryan seçkilərdə iştirak edə bildi və Ermənistan prezidenti oldu.

Paşinyan bütün bunları çox yaxşı bilir və həmçinin başa düşür ki, mövcud konstitusiya müddəaları ilə Ermənistanla heç bir sülh müqaviləsi bağlamaq mümkün deyil. Buna görə də, bunu növbəti erməni riyakarlığı hesab edirəm. Məsələyə arxa qapıdan yanaşmaq cəhdləri davam edir.

Konstitusiya Məhkəməsinin şərhlərini özünə saxlasınlar. Azərbaycanın buna ehtiyacı yoxdur. Azərbaycanın tələbi haqlıdır: Ermənistan konstitusiyasının dəyişdirilməsi və Azərbaycana, eləcə də Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsidir. Bu tələblər yerinə yetirilmədən sülh müqaviləsindən danışmaq belə mümkün deyil".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv