Xəbər verdiyimiz kimi, dünən tanınmış aktyor Vüsal Murtuzəliyevin beyninə qan sızıb. O, dərhal xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının Manset.az-a verdiyi məlumata görə, aktyor hazırda Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasında müalicəsini davam etdirir.
Vüsal Murtuzəliyevin vəziyyəti stabildir. Aktyor müalicəsini davam etdirmək üçün Respublika Diaqnostika Mərkəzinə köçürülür.
Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.