Şəhid yoldaşı müəllimlərin imtahanında yüksək bal topladı

09:00 - 26 İyun 2025

Şəhid yoldaşı müəllimlərin imtahanında yüksək bal topladı

Müəllimlərin sertifikatlaşdırma imtahanında bir çox müəllimlər yüksək nəticə əldə ediblər.


Manset.az xəbər verir ki, yüksək nəticə göstərənlərdən biri də Sabunçu rayonu 337 nömrəli tam orta məktəbin müəllimi Röyalə Məmmədovadır. O, imtahandan 53 bal toplayaraq uğurlu nəticə göstərib.

Qeyd edək ki, Röyalə Məmmədova Vətən müharibəsi şəhidi, mayor Xəyal Məmmədovun həyat yoldaşıdır.

Xəyal Məmmədov 2020-ci il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az