Ənənə, yoxsa israfçılıq? - Yas mərasimləri ləğv edilməlidir?

15:13 - 04 Avqust 2025

Ənənə, yoxsa israfçılıq? - Yas mərasimləri ləğv edilməlidir?

Son vaxtlar Azərbaycanın bir çox bölgələrində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi qadağan edilib. Bu gün isə artıq Ağdaşda da bu cür qərarın verilməsi ilə bağlı məlumatlar yayılıb.


Məsələ ilə bağlı Manset.az-a danışan deputat Ceyhun Məmmədov açıqlamasında bildirib ki, burada söhbət yalnız və yalnız yas mərasimlərindəki israfçılıqdan gedir:

"Heç kim təklif etmir ki, Azərbaycanda bütün yas mərasimləri tamamilə ləğv olunsun. Təəssüf ki, bu gün yas mərasimləri artıq israfçılıq həddinə çatıb və bu, cəmiyyət üçün ciddi narahatlıq doğurur. Sadə çay süfrəsi ilə yas mərasimlərinin keçirilməsi mümkündür, lakin hazırkı vəziyyət fərqlidir.

Dövlətin də bu məsələyə yanaşması ondan ibarətdir ki, yas mərasimlərində israfçılığa son qoyulmalıdır. Artıq bəzi bölgələrimizdə bu prosesə başlanılıb və yaxın zamanda onun ölkənin bütün ərazisini əhatə edəcəyinin şahidi olacağıq. Bu məsələ ciddi şəkildə nəzarətə götürülməli və real addımlar atılmalıdır. İsrafçılıq adi bir hal almağa başlayıb, bu isə yolverilməzdir”.


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az