"ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoydu" - RƏY

15:12 - 09 Avqust 2025

\"ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoydu\" - RƏY

"Dünən ABŞ prezidenti Trampın iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin Ağ evdə sülh muqaviləsinin müzakirəsi üçün baş tutan tarixi görüş iki ölkə arasında sülh istiqamətində atılan addımların ən əhəmiyyətlisi oldu. Ağ evdə imzalanan bəyannamə təkcə iki ölkə üçün deyil, bütövlükdə regionun gələcək sabitliyi baxımından mühüm strateji əhəmiyyət kəsb edir".


Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

Deputat bildirib ki, bu sənəd, uzun illər davam edən gərginlikdən sonra bölgədə real sülh perspektivlərinin formalaşmasına, tərəflərin beynəlxalq hüquqa əsaslanan münasibətlər qurmasına zəmin yaradır:

"Qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın Konstitusiyasında Azərbaycanın suverenliyinə zidd müddəaların çıxarılması və Zəngəzur dəhlizindən maneəsiz keçidin təmin edilməsi hər iki ölkəyə real və dayanıqlı əməkdaşlıq perspektivləri açır. 

Amerikada imzalanan bəyannamə təkcə logistik təhlükəsizliyi deyil, həm də böyük iqtisadi layihələrin icrasını təmin edəcək. Eyni zamanda tərəflər arasında etimadı gücləndirərək bölgədə sabit əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcəkdir. Bəli dünən Vaşiqtonda əsrin hadisəsi yaşandı. 

Əslində artıq deyə bilərik ki, sülh təmin olundu və bu ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində baş verdi".

M.Cəfərov qeyd edib ki, D.Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu:

"Artıq iki ölkə arasındakı əməkdaşlıqlar strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur

Düşünürəmki, Ağ Ev görüşü zamanı imzalanan Bəyannamə qədər əhəmiyyətli olan hadisə Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanması oldu. Bəli bu 907 saylı düzəliş uzun illər dövlətimizə qarşı ən böyük haqqsızlıq idi. Cənab prezident İlham Əliyev Azərbaycan dövlətinə və xalqına qarşı olan bu, haqqsızlığıda aradan qaldırdı.

Birgə bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı. Ermənistan öz konstitisiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını qəbul etdi. İlham Əliyev hər çıxışında deyirdi, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycanın qalib lideri Vaşinqtonda bu məqsədinə də nail oldu".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az