Goranboydakı qəzada yaralananların SON DURUMU

09:20 - 01 Sentyabr 2025

Goranboydakı qəzada yaralananların SON DURUMU

Xəbər verdiyimiz kimi,  Goranboyda avtomobillər toqquşub. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.


TƏBİB-dən Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (2-si qadın, 5 -i kişi cinsli ) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Onlara kəllə-beyin travması, daxili qanaxma və müxtəlif nahiyələrin sınığı diaqnozları təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

Vəziyyətləri ağır qiymətləndirilən şəxslərdən 6 nəfər Gəncə şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.

2004-cü il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az