Nigeriyada sərnişin gəmisi batdı - 50 nəfər xilas olundu

09:59 - 04 Sentyabr 2025

Nigeriyada sərnişin gəmisi batdı - 50 nəfər xilas olundu

Nigeriyanın Niger əyalətində sərnişin gəmisi batıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 29 nəfərin öldüyü, 50 nəfərin isə xilas edildiyi bildirilib.

Nigeriya Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) baş direktoru Abdullahi Baba-Arahın verdiyi açıqlamaya görə, hadisə Niger əyalətinin Tuqan Sule bölgəsində baş verib. O, gəminin sərnişinlə yanaşı, həddindən artıq yük daşıdığını və çayda ağaca çırpılaraq batdığını qeyd edib.

Baba-Arah əlavə edib ki, təxminən 90 nəfərin olduğu qayıqda baş verən fəlakət nəticəsində 29 nəfər həyatını itirib, 50 nəfər isə xilas olunub. Axtarış və xilasetmə işləri hələ də davam edir.

Qeyd edək ki, Nigeriya çaylarında xüsusilə yağışlı mövsümdə qayıq qəzaları tez-tez baş verir. Avqustun 31-də Zamfara əyalətinin Birnin Magaji bölgəsində də oxşar bir hadisə baş vermişdi. Həmin hadisədə sərnişin qayığının batması nəticəsində 13 nəfər həlak olmuşdu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az