Arı sancması öldürə bilər - Həkimdən XƏBƏRDARLIQ

13:56 - 04 Sentyabr 2025

Arı sancması öldürə bilər - Həkimdən XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, sentyabrın 2-də İsmayıllı rayon Mican kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Kənd sakini 61 yaşlı Murad Hümmətov yaşadığı evin həyətində dil nahiyəsindən arı sancması nəticəsində ölüb. Bəs, hansı hallarda ölüm hadisəsi baş verə bilər? Bu cür hadisələrin yaşanmaması üçün nə etməliyik? 


Mövzu ilə bağlı Manset.az-a danışan toksikoloq Azər Maqsudov, arı sancmasından sonra xüsusilə həssas insanlarda tez bir zamanda şok əlamətlərinin baş verə biləcəyini bildirib. 

O, qeyd edib ki, arı sancmasından sonra xəstələrdə tez-tez nəfəs darlığı, boğulma, qan təzyiqinin düşməsi kimi simptomlar müşahidə olunur:

"Həkim müayinəsi və vaxtında müdaxilə edilməzsə, vəziyyət pisləşə bilər, xəstə huşunu itirə bilər və hətta koma vəziyyətinə düşə bilər".

Azər Maqsudov, belə hallarda insanların özlərini qorumaq üçün repelentlərdən istifadə etməli və arıları uzaq tutmalı olduqlarını vurğulayıb. O, həmçinin, arı sancmalarının ciddi fəsadlara yol açmaması üçün diqqətli olmağın vacibliyini qeyd edib.


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az