"Televiziyalarımız əslində bundan danışmalıdır, amma şoudan danışırıq" - Psixoloqdan TƏNQİD

10:13 - 08 Sentyabr 2025

\"Televiziyalarımız əslində bundan danışmalıdır, amma şoudan danışırıq\" - Psixoloqdan TƏNQİD

"Boşanmanın yaratdığı fəsadlar haqqında çox az məlumatlar paylaşırıq. Televiziyalarımız əslində bundan danışmalıdır, amma şoulardan danışırıq". 


Manset.az xəbər verir ki, bu barədə psixoloq Ramidə Oqtayqızı qonaq olduğu verilişdə danışıb.

Verilişin aparıcısı Zümrüd Rüstəmova ilə müzakirə aparan psixoloq bildirib ki, boşandıqdan sonra qızının qaldığı, oğlunun qaldığı evi təmir etdirən atalar da var:

"Boşandıqdan sonra ana qızını verir ki, atan sənin üçün darıxıb. Get, bir az da atanda qal. Çünki o ana dərk eləyir ki, qızı mütləq bir kişi psixologiyasına rastlaşmalıdır, bir kişiyə münasibət qurmalıdır. Axı, bu hələ yeniyetmədir, hələ bu ərkənlik yaşına çatmayıb da. Bu cür sağlam insanlar da var. Amma biz bu insanları nə qədər çox görürük və nə qədər çox insanları təbliğ edirik? Bax, burada problemimiz var. Boşanmanın yaratdığı fəsadlar haqqında çox az məlumatlar paylaşırıq. Televiziyalarımız əslində bundan danışmalıdır, amma şoulardan danışırıq. İnsanların başını qatırıq ki, siz orada boşanın, biz burada Röyanı, Xatirəni, Aygünü göstərəcəyik ki, siz kef eləyirmiş kimi görünün. Amma bu bizim cəmiyyətin cahiliyyə gedən yoludur".

Verilişdən sözügedən hissəni təqdim edirik:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az