ŞAD XƏBƏR! Azərbaycanın bu ölkələrlə viza rejimi ləğv ola bilər

15:15 - 25 Sentyabr 2025

ŞAD XƏBƏR! Azərbaycanın bu ölkələrlə viza rejimi ləğv ola bilər

Xəbər verdiyimiz kimi Maldiv adaları ilə Azərbaycan arasında viza rejimi bu gündən etibarən ləğv olunub. Bu qərar Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Maldiv Adalarının Xarici işlər naziri Abdullah Xalillə görüşü zamanı verilib. Başqa hansı ölkələrlə Azərbaycan arasında viza rejiminin ləğvinə ehtiyac var? Yaxın zamanda hansı ölkələrlə bu prosesin baş verməsi gözlənilir?


Turizm üzrə ekspert Ceyhun Aşurov
Manset.az-a açıqlanmasında bu sualları cavablandırıb.


“Maldivlə viza rejimi ləğv olundu. Bundan başqa bir sıra ölkələrlə də artıq Azərbaycanda əlaqələrin inkişafı səbəbindən Çin, Albaniya, eləcə də bir neçə Avropa ölkələri ilə də viza rejimi ləğv edildi. Bu kimi addımlar təbii ki, turizmdə asanlaşdırıcı effekt yaradır. Bununla da turistlərin ölkəmizə gəliş-gedişi asanlaşır. Düşünürəm ki, dünyada ən çox səyahət edən kontinent Avropa ölkələridir və dünyada səyahət edən hər iki nəfərdən biri avropalıdır. Mümkün qədər Azərbaycanın siyasi, mədəni, iqtisadi maraqları ortaq olan Avropa ölkələri ilə viza rejimləri qaldırıla bilər. Bu da turistlərin ölkəmizi seçməsinə maraq yarada bilər. Əlbəttə ki, Azərbaycan üçün turizm prioritet sahədir”.

Ekspert qeyd edib ki, viza prosesinin asanlaşması vacib məsələlərdən biri olsa da, əsas məsələ ölkənin daha əlçatan olmasıdır. Bunun üçün hava nəqliyyatı istiqamətində daha əlverişli şərtlər yaradıla bilər.

“Azərbaycanda hazırda 9 beynəlxalq hava limanı fəaliyyət göstərir. Yaxşı olardı ki, biz paytaxtdan başqa digər beynəlxalq hava limanlarımızın da səmərəli işləməsini təmin edək. Hansısa formada hava yollarından ucuz daşıyıcılarla, lokoster şirkətlərlə qarşılıqlı müqavilələr bağlayaq və regionlardakı beynəlxalq hava limanlarımızın səmərəli işləməsinə nail olaq. Düşünürəm ki, bu zaman iri şəhərlərin birləşdirici beynəlxalq hava limanları ilə regionlardan olan hava limanlarımızın əlaqəsi ölkəmizə daha çox turistin gəlməsinə səbəb ola bilər”.

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az