Paytaxtın Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, avtomobil qəzası Böyük İpək yolu küçəsində olub.
Məlumata görə, bir neçə avtomobil toqquşub. Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Qəzanın səbəbləri araşdırılır.