Metro və avtobuslardan sonra dəmir yollarında da GEDİŞ HAQQI ARTIRILACAQ? 

11:55 - 29 Sentyabr 2025

Metro və avtobuslardan sonra dəmir yollarında da GEDİŞ HAQQI ARTIRILACAQ? 

Xəbər verdiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatın -  metro və avtobusların qiyməti artırılaraq 60 qəpik olub. Yeni qərar oktyabrın 1-dən tətbiq olunacaq.

 

Bəs digər ictimai nəqliyyat vasitəsi olan dəmir yolu qatarlarında da gediş haqqı artımı gözlənilirmi?

Məsələ ilə bağlı Manset.az “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanlayıb.

Qurumun Mətbuat katibi Bəxtiyar Hacıyev sorğuya cavab olaraq bildirilib ki, hazırda dəmir yollarında gediş haqqının artırılması nəzərdə tutulmur.

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az