Nanə Ağamalıyeva ATV-dən gedib? - AÇIQLAMA

14:30 - 08 Oktyabr 2025

Nanə Ağamalıyeva ATV-dən gedib? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə tanınmış aparıcı Nanə Ağamalıyevanın “7 Tamam” verilişinin bağlanması və yeni mövsümdə davam etməyəcəyi ilə bağlı məlumatlar öz əksini tapıb. Eyni zamanda, aparıcının artıq ATV telekanalında fəaliyyətinə davam etməyəcəyi, başqa telekanala keçid edəcəyi ilə bağlı iddialar da mövcuddur.

 

Məsələ ilə bağlı Manset.az ATV telekanalının “Media və ictimaiyyətlə əlaqələr şöbəsi”nin rəhbəri Ozal İbrahimli ilə əlaqə saxlayıb. Ozal İbrahimli suallarımıza cavab olaraq bildirib:

“Nanə Ağamalıyeva heç bir yerə getməyib. Doğma ATV kanalındadır. Yeni layihəsi olacaq".

Ozal İbrahimli hazırda yeni layihəyə hazırlıq işlərinin getdiyini də vurğulayıb. 

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az