“Sümük iliyi transplantasiyası icbari tibbi sığorta zərfi üçün də nəzərdə tutulub”.
Manset.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün Yeni Klinikada keçirilən Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin fəaliyyətinə dair brifinqdə deyib.
İcraçı direktor çıxışında qeyd edib ki, Azərbaycanda hər il təxminən 150–200 nəfərin sümük iliyi transplantasiyasına ehtiyacı yaranır və bu ehtiyacın bir hissəsi uzun illər xaricdə qarşılanıb. Yeni Klinikanın tərkibində fəaliyyət göstərəcək bu mərkəz həm allogen, həm də autoloji transplantasiyaların ölkə daxilində həyata keçirilməsinə imkan verəcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksək səviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq.
Fidan Vəlisoy