Müğənni Rəqsanə sosial şəbəkə hesabında bəzi səhifələrə və özünü “media” kimi təqdim edən profillərə rəsmi xəbərdarlıq ünvanlayıb.
Manset.az-ın məlumatına görə, sənətçi bildirib ki, o, heç bir sosial platformada yeni çıxış etməyib və yeni video paylaşmayıb. Buna baxmayaraq, bəzi səhifələr onun köhnə görüntülərini yeni material kimi təqdim edərək izləyici toplamağa və piyar qazanmağa çalışırlar.
Rəqsanə qeyd edib ki, bu cür hallar baş verdiyi təqdirdə müvafiq qaydada şikayət olunacaq və zərurət yaranarsa, məsələ ilə bağlı dövlət qurumlarına da rəsmi müraciət ediləcək.