Prezidentin keçmiş köməkçisi Əli Həsənova Şərur rayonunda şəhid ailələri və qazilər üçün nəzərdə tutulan binada mənzil hədiyyə olunması ilə bağlı məlumat yayılıb.
Manset.az məsələ ilə bağlı Əli Həsənovla əlaqə saxlayıb. O, bildirib ki, Naxçıvanda ancaq ata evi var:
"Tamamilə yalandır. Mənim Şərurda və Naxçıvanda evim yoxdur. Yalnız kəndimizdəki ata evim var, orda da böyük qardaşım qalır. Bunu yazanlar xaricdəki söyüş müxalifətindən biridir. Mənim şəhid evlərindən ev almağım mümkün deyil. Mən Naxçıvanda yaşamıram. Şərurda evi neynirəm? Mən Bakıya gələndə Naxçıvandakı evimi satıb gəldim. Naxçıvana da gedəndə dağ kəndimizdəki ata evimdə qalıram", – deyə o bildirib.