"Ülviyyə Namazova efirlərdə qadağan olunmalıdır" 

16:37 - 17 Fevral 2026

\"Ülviyyə Namazova efirlərdə qadağan olunmalıdır\" 

Tanınmış jurnalistlər Səidə Bəkirqızı və Elvin Basqallı sosial şəbəkədə müzakirə apararkən müğənni Ülviyyə Namazov ilə bağlı bir sıra maraqlı fikirlər səsləndiriblər. Bir çox sosial media istifadəçiləri də Ülviyyə Namazovanın oxuduğu bu ifanı tənqid ediblər. 


Manset.az xəbər verir ki, sözügedən mahnı sosial media istifadəçiləri və tanınmış jurnalistlər tərəfindən "Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd" olaraq adlandırılıb. 

Elvin Basqallı "Ülviyyə Namazova efirə çıxıb mahnıları vasitəsilə düzgün olmayan şeyləri təbliğ edir. Bununla kimə nə mesaj verirsiniz?!", - fikirlərini səsləndirib. 

Səidə Bəkirqızı isə "Məndən olsa, çağırıb o qızın hansısa ehtiyacını qarşılayaram, deyərəm ki, "Sən oxuma!". Bu nə səsdir?! Biz niyə bu səsi eşitməyə məcburuq?!" - deyə bildirib. 

Həmin görüntüləri təqdim edirik:




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az