Kənan MM ilə yazıçı arasında QALMAQAL - İş məhkəməyə gedir

12:11 - 19 Fevral 2026

Kənan MM ilə yazıçı arasında QALMAQAL - İş məhkəməyə gedir

Yazıçı Orxan Saffari ilə Kənan Mahmudov (Kənan MM) arasında qalmaqal yaşanıb.


Manset.az xəbər verir ki, məsələ Orxan Saffarinin Kənan MM ilə bağlı yazdığı fikirlərdən sonra başlayıb. Yazıçı dərc olunan məqaləsində Kənan Mahmudovun aktyor və rejissor kimi fəaliyyətini kəskin tənqid edərək, onun istedadını və kino sahəsində yerini açıq şəkildə sual altına alıb, sənət sahəsində ciddi uğur qazana bilmədiyini bildirib.

Bundan sonra Kənan MM yazıçıya sərt və təhqiramiz ifadələrlə cavab verib. Sosial şəbəkələrdə yayılan həmin şərhlər geniş müzakirələrə səbəb olub.

Orxan Saffari isə növbəti paylaşımında Kənan MM barədə rəsmi qaydada hüquqi addım atdığını açıqlayıb. O, məsələ ilə bağlı bəyanat verdiyini və hadisənin məhkəmə müstəvisində həll olunacağını bildirib.

Hazırda tərəflər arasında yaranmış mübahisə hüquqi müstəviyə keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az