Qarabağ Universiteti ilə bağlı ilk vakansiya elan edildi

18:44 - 28 Fevral 2024

Qarabağ Universiteti ilə bağlı ilk vakansiya elan edildi

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə ilk vakansiya elan edilib.

 

Manset.az  xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə müraciətlər martın 15-dək qəbul olunur. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: Qarabağ Universitetində vakansiya – proqram rəhbəri

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az