Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitinin tərəfdaş formatı tədbirində iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənisan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Ermənistan Vaşinqtonda keçirilən NATO sammitinin tərəfdaş formatı tədbirində və təşkilatın 75-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib”, - deyə Badalyan bildirib.