Allahşükür Paşazadənin müavini gəlinlərini məhkəməyə verdi - ŞOK SƏBƏB

08:33 - 22 İyul 2022

Allahşükür Paşazadənin müavini gəlinlərini məhkəməyə verdi - ŞOK SƏBƏB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı keçmiş gəlini Ülviyyə Cavadlını məhkəməyə verib.

 

Manset.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Q.Cavadlı qardaşının keçmiş həyat yoldaşı Cavadlı Ülviyyə Səmədağa qızı barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə xüsusi ittiham qaydasında şikayət edib. 

Onun şikayətinə Binəqədi rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası iyulun 27-də baş tutacaq.

Qeyd edək ki, Qəmər Cavadlının qardaşı Lətif Cavadlı ötən il dünyasını dəyişib. O, Ülviyyə Cavadlı ilə 2019-cu ildə boşanıb. Tərəflər arasında mülk mübahisəsinin olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az