Azərbaycan XİN Pakistana başsağlığı verdi - FOTO

20:57 - 26 Avqust 2022

Azərbaycan XİN Pakistana başsağlığı verdi - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Respublikasına baş vermiş daşqınla bağlı təəssüf hissini bildirib.

Manset.az xəbər verir ki, bu barədə nazirliyin “Twiiter” hesabında bildirilib.

“Qardaş Pakistanda daşqın xəbərlərini dərin hüznlə qarşılayırıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün xəsarət alanlara tezliklə sağalmalarını diləyirik. Qardaş Pakistan İslam Respublikasının xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk”, - deyə nazirliyin paylaşımında qeyd edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az