Azərbaycanda Turizm İşçiləri Günü dəyişdirildi - SƏRƏNCAM

15:20 - 19 Sentyabr 2022

Azərbaycanda Turizm İşçiləri Günü dəyişdirildi - SƏRƏNCAM

“Azərbaycan Respublikasında “Turizm İşçiləri Günü” peşə bayramının təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sentyabrın 19-da Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasında “Turizm İşçiləri Günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1494) birinci hissəsində “27-si” sözləri “29-u” sözləri ilə əvəz edilib.

Dəyişikliyə əsasən Turizm İşçiləri Günü bundan sonra sentyabrın 27-də deyil, 29-da qeyd olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az