Kraliça II Elizabetin dəfn mərasimi başa çatdı - FOTO

20:45 - 19 Sentyabr 2022

Kraliça II Elizabetin dəfn mərasimi başa çatdı - FOTO

Kraliça II Elizabetin dəfn mərasimi dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Manset.az xəbər verir ki, Vindzorda yerləşən Müqəddəs Georgi Kapellasında keçirilən dini mərasim başa çatıb.

Bu axşam kral ailəsi üçün keçiriləcək xüsusi mərasimdən sonra Kraliça Müqəddəs Georgi Kapellasının içərisindəki Kral VI Georgİ Memorial Kapellasında dəfn ediləcək.

Qəbir daşında “II ELIZABET 1926-2022” yazılacaq.

Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.







Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az