Nyu-Yorkda Blinken-Bayramov-Mirzoyan görüşü olub - Yenilənib

06:00 - 20 Sentyabr 2022

Nyu-Yorkda Blinken-Bayramov-Mirzoyan görüşü olub - Yenilənib

Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə üçtərəfli görüşü başa çatıb.

Bu barədə Manset az Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib”, - məlumatda deyilir.

00:28

 

“ABŞ Dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın XİN rəhbərləri Ararat Mirzoyan və Ceyhun Bayramovla görüş keçirəcək”.

Manset.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan açıqlayıb.

Onun sözlərinə görə, üçtərəfli formatda keçiriləcək görüş bu gün Nyu-Yorkda baş tutacaq.

***

Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın üçtərəfli görüşü başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az