Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edildi

19:00 - 20 Sentyabr 2022

Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edildi

Ölkəmizdə səfərdə olan Özbəkistan Müdafiə Nazirliyinin Hərbi kadrların hazırlanması idarəsinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət ediblər.

Manset.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub, müzakirələr aparılıb.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Sonda qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az