NASA-nın yeni Ay missiyası üçüncü dəfə təxirə salındı

09:19 - 25 Sentyabr 2022

NASA-nın yeni Ay missiyası üçüncü dəfə təxirə salındı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) kosmik gəminin sentyabrın 27-nə planlaşdırılan Aya buraxılışını qeyri-müəyyən müddətə təxirə salıb. Qərar “İan” tropik qasırğasının raketin qalxacağı Floridaya yaxınlaşması ilə əlaqədar qəbul edilib.

 

Manset.az xəbər verir ki, bu barədə NASA-nın şənbə günü yaydığı məlumatda deyilir.

Qeyd edək ki, təşkilat avqustun 29-u və sentyabrın 3-də “Orion”u kosmosa çıxarmağa cəhd edib. Hər iki dəfə raketə yanacaq doldurarkən hidrogen sızması aşkar edildikdən sonra uçuş ləğv edilib.

NASA ekspertləri hesab edir ki, sızıntılar raketin özündə deyil, yanacaqdoldurma avadanlığında yaranan problemlərlə bağlı olub. Ona görə də uçuşa heç bir maneə yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az